Cümhuriyyətin 100 illiyinə həsr olunmuş eksklüziv poçt markaları buraxılacaq


Digərləri 12 Fev 2018 11:47:00 251 0

Cümhuriyyətin 100 illiyinə həsr olunmuş eksklüziv poçt markaları buraxılacaq

"Azərmarka" MMC Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunmuş eksklüziv poçt markaları seriyasını buraxacaq.

Son.az xəbər verir ki, bunu Trend-ə şirkətin direktoru Leyla Güləliyeva deyib.

Onun sözlərinə görə, markalar məhdud sayda buraxılacaq və AAXC-nin yaranmasının 100 illiyinə həsr olunmuş sərgidə təqdim olunacaq: "Biz, həmçinin Novruz bayramına həsr olunmuş tematik markalar buraxmağı planlaşdırırıq. Üç markadan ibarət blokun buraxılışı nəzərdə tutulur ki, onlar da açıq satışa çıxarılacaq".