Bitkoin yenə qalxır


Dünya 12 Fev 2018 11:15:00 285 0

Bitkoin yenə qalxır

Dünyada ən populyar kriptovalyuta olan bitkoinin son ucuzlaşmadan sonra qiymətini artırmağa başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, indi bitkoinin qiyməti təqribən 8,5 min dollar təşkil edir. Daha dəqiq desək, "CoinMarketCap" portalının məlumatına əsasən, bitkoin 4,65% və ya 8,515 min dollaradək bahalaşıb.

Alternativ kriptovalyutalar - "Ethereum" 4,4% və ya 847,68 dollaradək, "Ripple" 11,4% (1,06 dollara qədər) bahalaşıb, "Bitcoin Cash" isə 4,3% (1 265,85 min dollaradək) bahalaşıb.