Ruslan Lunyov Dünya Kubokunda iştirak edəcək


İdman 12 Fev 2018 11:08:00 274 0

Ruslan Lunyov Dünya Kubokunda iştirak edəcək

Martın 1-də Meksikanın Qvadalaxara şəhərində güllə atıcılığı üzrə Dünya Kuboku keçiriləcək.

Goal.az-ın məlumatına görə, Azərbaycan 12 gün davam edəcək yarış üçün 1 snayper sifariş edib.

İlin ilk mötəbər yarışında hədəf önünə Ruslan Lunyov çıxacaq. O, 10 m və 25 m məsafələrdən atəş açmada dəqiqliyini yoxlayacaq.

Yarışda ümumilikdə 50 ölkənin 404 idmançısı mübarizə aparacaq.