ABŞda aktiv neft quyularının sayı kəskin artıb


Dünya 12 Fev 2018 11:01:00 258 0

ABŞda aktiv neft quyularının sayı kəskin artıb

ABŞ-da aktiv neft quyularının sayı 3-9 fevral həftəsi ərzində 26 ədəd və yaxud 3,4% artaraq 791 ədədə çatıb. 

Son.az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın "Baker Hughes" şirkəti məlumat yayıb.

Məlumata görə, hesabat dövründə ölkədə aktiv qaz quyularının sayı 3 ədəd və yaxud 1,66% artaraq 184 ədədə çatıb. Son nəticədə, fəaliyyətdə olan neft-qaz quyularının ümumi sayı 29 ədəd və yaxud 3,06% artaraq 975 ədəd təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə isə ABŞ-da aktiv neft quyularının sayı 200 ədəd və yaxud 33,8%, aktiv qaz quyularının sayı 35 ədəd və yaxud 23,5%, ümumilikdə isə, fəaliyyətdə olan neft-qaz quyularının sayı 234 ədəd və yaxud 31,6% artıb.

Xatırladaq ki, 2017-ci il mayın 25-də ABŞ-da aktiv neft quyularının sayı 316 ədəd olub, bu da son 7 ilin minimal həddidir. Hazırda aktiv neft quyularının sayı minimumdan 2,5 dəfə çoxdur. Bu göstərici rekord həddə 2014-cü ilin oktyabrında çatıb və 1 609 ədəd təşkil edib. Hazırda quyuların sayı rekord həddən 50,8% aşağıdır.