Rusiyadakı təyyarə qəzasında ölən azərbaycanlının kimliyi dəqiqləşdirilib


Dünya 12 Fev 2018 11:01:55 289 0

Rusiyadakı təyyarə qəzasında ölən azərbaycanlının kimliyi dəqiqləşdirilib

Xarici İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Daxili İşlər Nazirliyi tərəfindən əlaqələndirilmiş şəkildə Saratov hava yollarına məxsus Moskva-Orsk reysi ilə uçuş həyata keçirən təyyarədə baş vermiş qəzada həlak olduğu bildirilən şəxsin Azərbaycan Respublikası vətəndaşı olması araşdırılmışdır.

Son.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

Rusiyadakı aviaqəzanın qurbanları: ən balacası 5 yaşda idi - VİDEO - FOTO  Onun sözlərinə görə, təyyarə qəzasında həlak olduğu bildirilən 5 may 1971-ci il təvəllüdlü, Yevlax rayon sakini Qəhrəmanov Namiq İnayət oğlu Azərbaycan Respublikasının vətəndaşıdır.

XİN-nin sözçüsü qeyd edib ki, məsələ ilə əlaqədar Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi və aidiyyəti dövlət qurumları Rusiya Federasiyasının müvafiq dövlət təşkilatları ilə təmasdadırlar.