Kamçatkada 7 Azərbaycan vətəndaşı saxlanılıb


Sosial 12 Fev 2018 10:43:03 250 0

Kamçatkada 7 Azərbaycan vətəndaşı saxlanılıb

Məhkəmə onların hamısını inzibati qayda pozuntusunda günahkar bilib və hər birinə 2 min rubl cərimə təyin edib

Rusiyanın Kamçatka diyarının Yelizovo şəhərində məhkəmə Federal Təhlükəsizlik Xidmətinin (FTX) icazəsi olmadan Rusiyanın xüsusi ərazisində olmalarına görə Azərbaycan və Özbəkistanın 16 vətəndaşının inzibati qayda pozuntusunda günahkar bilinməsi ilə bağlı hökm çıxarıb.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, 9 Özbəkistan və 7 Azərbaycan vətəndaşı "Qrand de Lyuks" kadesində saxlanılıb. Saxlanmaya əcnəbilərin FTX-nin verdiyi xüsusi sənədlə reqlamentləşdirilmiş giriş icazə olan ərazidə müvafiq sənədsiz olmaları səbəb olub.

Məhkəmədə əcnəbilər qohumlarını ziyarətə gəldiklərini və icazə sənədi almalı ilə bağlı xəbərsiz olduqlarını bildiriblər. Baxış zamanı saxlanılanların hamısında qalan miqrasiya sənədlərinin qaydasında olduğu aydınlaşıb.

Məhkəmə onların hamısını inzibati qayda pozuntusunda günahkar bilib və cəza kimi onların hər birinə 2 min rubl (58 manat) məbləğində cərimə təyin edib.