Ekspedisiya rəisi: “Bayılda sürüşmə prosesi aktiv fazada davam edir”


Sosial 12 Fev 2018 10:35:00 265 0

Ekspedisiya rəisi: “Bayılda sürüşmə prosesi aktiv fazada davam edir”

“Sürüşmə ərazisinə yaxın getmək qorxuludur”

“Hazırda Bayıl sürüşmə zonasında sürüşmə prosesi aktiv fazada davam edir”.

Bunu “Report”a açıqlamasında ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, sürüşmə ərazisinə yaxın getmək qorxuludur.