Bu qan qrupunun sahibləri daha ölümcül xəstəliklərə yoluxur


Digərləri 12 Fev 2018 10:11:00 261 0

Bu qan qrupunun sahibləri daha ölümcül xəstəliklərə yoluxur

Vermont Universitetinin tibb kollecinin əməkdaşları qan qrupu ilə bir sıra xəstəliklərin inkişafı arasında əlaqə tapıblar.

Son.az xarici KİV-lərə istinadən xəbər verir ki, hipotezi təsdiqləmək üçün sınaqlar üç il yarım davam etdirilib.

Verilən məlumata görə, təcrübələrdə 30 min adam iştirak edib. Məlum olub ki, yaddaş itkisi və koqnitiv pozğunluq adətən 1-ci qan qrupunun nümayəndələrində baş verir. 

Zehni deqredasiya xəstəliklərinin qurbanları isə daha çox 4-cü qan qrupunu daşıyan insanlardır. Bundan əlavə ən nadir qan qrupunun sahiblərində ürək xəstəlikləri də geniş yayılıb.