"Barcelona" son 1 ildə ilk dəfə


İdman 12 Fev 2018 09:52:00 233 0

"Barcelona" son 1 ildə ilk dəfə

"Barcelona" futbol üzrə İspaniya çempionatının 23-cü turunda öz meydanında "Getafe"ni qəbul edib.

Goal.az xəbər verir ki, "Kamp Nou" stadionunda keçirilən görüş 0:0 hesabı ilə başa çatıb.

Kataloniya klubu ikinci tur ardarda ölkə çempionatı oyununda qələbə qazana bilməyib.  "Barcelona" həmçinin 2016-cı ilin noyabrından bu yana ölkə çempionatı oyununda birinci dəfədir ki, öz meydanında qol vura bilməyib.

Hazırda Kataloniya klubu 59 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb. İkinci yerdə 52 xalla "Atletico"dur.