Ölkələrə görə pasport rəngləri FOTO


Digərləri 12 Fev 2018 07:21:00 328 0

Ölkələrə görə pasport rəngləri  FOTO

Heç fikirləşmisinizmi dünyada neçə rəngdə pasport var? Və nəyə görə birinin pasportu qırmızı olanda digərininki yaşıldır? Təbii ki, səbəbsiz heç nə olmur. Odur ki, hava limanında uzun növbədə dayananda bunları yada salarsınız.

Son.az bildirir ki, ən çox yayılmış pasportlar qızmızı rəngdə olur. Bu rəngdə pasportları sosialist keçmişi olan və ya hazırki kommunist ölkələr istifadə edirlər. Amma istisnalar da var. Məsələn: Türkiyə, Makedoniya, Albaniya.Avropa İttifaqı ölkələrinin pasportları isə tünd-qırmızı (məxməri) rəngdə olur. Bundan başqa Boliviya, Kolumbiya, Ekvador və Peru vətəndaşları da məxməri pasportla gəzirlər.

İkinci çox yayılmış pasport rəngi göydür. Göy rəngli pasport cildi "Yeni dünya" deməkdir. Adından bəlli olduğu kimi sonradan kəşf olunmuş ölkələr - Amerika Birləşmiş Ştatları, bəzi Cənubi Amerika ölkələri (Braziliya, Paraqvay, Argentina) və Qəraib dənizi hövzəsindəki 15 ölkə bu rəngdə pasport daşıyır.


Xəbərə aid fotolar