Əfqanıstanda "Taliban" terrorçusu 16 nəfəri qətlə yetirib


Dünya 12 Fev 2018 05:40:00 281 0

Əfqanıstanda "Taliban" terrorçusu 16 nəfəri qətlə yetirib

Öldürülənlər hökumətyönlü könüllü dəstənin üzvləri olublar

Radikal "Taliban" hərəkatının yaraqlısı Əfqanıstanın Hilmənd əyalətində hökumətyönlü könüllü dəstənin 16 üzvünü qətlə yetirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə təhlükəsizlik orqanlarındakı mənbəyə istinadən "Khaama Press" nəşri məlumat yayıb.

Yaraqlı hücumöncəsi könüllülərin sıralarına daxil olub. Cani hadisəni törətdikdən sonra silah və döyüş sursatları oğurlayaraq qaçıb.