ABŞ-da ekskursiya vertolyotu qəzaya uğrayıb, 3 nəfər ölüb


Dünya 12 Fev 2018 03:44:00 345 0

ABŞ-da ekskursiya vertolyotu qəzaya uğrayıb, 3 nəfər ölüb

Daha 4 nəfər son dərəcə ağır vəziyyətdədir

ABŞ-ın məşhur gəzməli-görməli yeri olan Grand Kanyon yaxınlığında birmühərrikli ekskursiya vertolyotu qəzaya uğrayıb. Hadisə nəticəsində 3 nəfər ölüb, 4-ü yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə KPNX telekanalı məlumat yayıb.

Qəzaya uğrayan vertolyot "Eurocopter EC130" tipli olub. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil. Hava gəmisinin göyərtəsində azı 7 nəfər olub. Arizona ştatı polisinin məlumatına görə, 4 zərərçəkmişə hadisə yerində tibbi yardım göstərilib. Onların vəziyyəti son dərəcə ağırdır.