Seulda KXDR atletlərinin Qış Olimpiadasında iştirakına qarşı etiraz aksiyası keçirilib


Dünya 12 Fev 2018 01:44:53 343 0

Seulda KXDR atletlərinin Qış Olimpiadasında iştirakına qarşı etiraz aksiyası keçirilib

Fəallar Şimali Koreya idmançılarının vahid Ümumkoreya komandası tərkibində çıxışına etiraz ediblər

Cənubi Koreyanın mühafizəkar fəalları paytaxt Seulun mərkəzində, KXDR-in "Samjiyon" orkestrinin çıxışının təşkil ediləcəyi yer yaxınlığında etiraz aksiyası keçiriblər.

“Report” xəbər verir ki, bu barədə "Yonhap" nəşri məlumat yayıb.

Təqribən 800 nəfərdən ibarət nümayiş iştirakçıları Şimali Koreya idmançılarının 2018-ci ilin Qış Olimpiadasında vahid Ümumkoreya komandası tərkibində çıxışına etiraz ediblər. Onlar Şimali Koreya lideri Kim Çen Inın şəkillərini cırıblar, ardınca KXDR-in bayrağını yandırmaq istəyəndə, polis fəalların bu cəhdinin qarşısı alıb.