Tərtərdə mərmi tapılıb (FOTO)


Digərləri 12 Fev 2018 01:28:16 399 0

Tərtərdə mərmi tapılıb (FOTO)

Tərtər rayonunda 1 ədəd mərmi tapılıb.

Bakı. Tərtər rayonunda 1 ədəd mərmi tapılıb. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, 11 Fevral 2018-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Tərtər rayonu, Ələsgərli kəndi ərazisində 1 ədəd mərminin tapılması barədə məlumatlar daxil olub. Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.