Günün qoroskopu: maliyyə məsələlərinin həlli üçün o qədər də münasib vaxt deyil


Digərləri 12 Fev 2018 00:01:00 352 0

Günün qoroskopu: maliyyə məsələlərinin həlli üçün o qədər də münasib vaxt deyil

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir. 

Şir - günün ilk yarısında kommunikasiya, mübadilə, informasiyanın əldə olunması ilə bağlı cəhdlər pis alınmayacaq. İşgüzar müzakirələr üçün qeyri-rəsmi format seçin. Tərəfdaşlarla ünsiyyətdə maraqlarınızı tam təmin edin. Danışıqlarda mövqelərinizdən geri çəkilməyin.  

Bunun üçün əlahiddə səylərə heç bir lüzum yoxdur.

Günün ikinci yarısında hisslərinizi sevdiyiniz insanla bölüşməkdən çəkinməyin. Münaqişələri dəf edin, münasibətlərdə inam və etibar mühiti yaradın. Qayğıkeş, səmimi olun.

Axşam saatlarında gəzintiyə yollanın.  

Buğa - səciyyəvi çətinlikləri həddən ziyadə emosional qəbul etməyin. Maliyyə itkiləri, elektron qurğulardan birinin sıradan çıxması istisna deyil. Mümkün qədər diqqətli olun. Dövlət qurumlarının nümayəndələri ilə danışanda məğlubiyyətçi mövqe tutmayın.

Günün ikinci yarısında yaxınlarınız və ailə üzvləriniz işlərinizdə sizə dəstək verəcəklər. Uzaq yerdən gəlmiş insanla sıx ünsiyyət qurmağa dəyməz.

Məkrli planın, avantüranın qurbanına çevrilməyin.

Əkizlər - intellektual və enerji səviyyənizin yüksəlməsindən ailənizin maraqlarının təminatı üçün bəhrələnin. Hisslərinizi paylaşmağa tələsməyin. Əzmli, qətiyyətli olun. Yaşananlar sizi çaşdırmasın.

Hadisələrin ən uğursuz məcrasına hazır olun.

Günün ikinci yarısında danışıqlarda sayıq olun. Əks təqdirdə qarşı tərəflə kəskin mübahisə edə bilərsiniz. Diqqətinizi işə yönəldin. Romantik görüşü ertələyin.

Sabaha indidən hazırlaşın.

Xərçəng - ticari və maliyyə əməliyyatları üçün münasib zamandır. Yaradıcılıqla məşğulsunuzsa, işlərinizdə irəliləyişlər olacaq. İşlərinizdə müəyyən çətinliklər yarananda geri çəkilməyin. Problemlərin səbəblərini araşdırın.

Əhvalınızı yaxşılaşdırmaq üçün evinizə, ailənizə gərəkli fəaliyyətlə məşğul olmaqla yanaşı, maraqlı ideyalardan birini reallaşdırmağa başlayın.

Günün ikinci yarısında şəxsi münasibətlərdəki problemi həll etmək üçün yaxınlarınızın köməyinə ehtiyacınız var. Maraqlandığınız insanda özünüzlə bağlı xoş təəssürat oyatmağa çalışın.

Onu hədiyyə ilə sevindirin.

Axşam saatlarında gəzintiyə yollanın.

Şir - günün ilk yarısında müəyyən planlarda və artıq nizama saldığınızı düşündüyünüz işlərdə dəyişikliklər ola bilər. Situasiyanın indiki formatında maraqlı olan yeni şəxslər peyda olacaq. Şərait yenilənir. Danışıq, görüş, müzakirə, hüquqi məsələlərin həlli üçün əlverişli zamandır.

Günün ikinci yarısında yeni sifariş ola bilər. Diqqətli olun, yaranan imkanları dəyərləndirin.

Yaxınlarınızın problemlərindən hali olun. Dəyər verdiyiniz insanlarla çox sərt danışmayın.

Axşam saatlarında normal istirahət edin.

Qız - yeni layihəyə və ya işə başlamaq üçün yaxşı zaman deyil. Cari məsələlərin həlli ilə məşğul olun, yarımçıq işləri tamamlayın. Emosional fon rəvan deyil. Əhvalınızı yaxşılaşdırmaq üçün autotreninqdən istifadə edə bilərsiniz. Meditasiya da pis olmaz.

Günün ikinci yarısında intuisiyanız sizi darda qoymayacaq.

Ailə üzvləri və qohumlarla ünsiyyət xoş məqamlar bəxş edəcək. Axşam saatlarına yaxın tənhalığa, tək qalmağa can atacaqsınız. Yeni romantik tanışlıq cəhdlərini avantüraya çevirməyin.