Rusiya Nəqliyyat Nazirliyi An148 təyyarəsinin istismarını dayandıra bilər


Dünya 11 Fev 2018 23:48:00 273 0

Rusiya Nəqliyyat Nazirliyi An148 təyyarəsinin istismarını dayandıra bilər

Baş vermiş qəzadan sonra "An-148" təyyarəsinin istismarının dayandırılması haqqında qərar əlavə olaraq qəbul edilə bilər.

Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bunu jurnalistlərə açıqlamasında Rusiyanın nəqliyyat naziri Maksim Sokolov deyib.

"Bu qərar əlavə olaraq Hava Nəqliyyatı üzrə Federal Agentlik və Nəqliyyat Sahəsində Nəzarət üzrə Federal Xidmətin razılığı ilə şirkətin ("Saratov Hava Yolları" - Trend) rəhbərliyi tərəfindən qəbul edilə bilər", deyə Sokolov bildirib.