Yeni kameralar gəlir Sizi hər yerdə ÇƏKƏCƏK VİDEO FOTO


Digərləri 11 Fev 2018 22:58:00 324 0

Yeni kameralar gəlir  Sizi hər yerdə ÇƏKƏCƏK  VİDEO  FOTO

"Ubiquiti Labs" şirkəti müasir texnologiyalara cavab verən, hər an istənilən yerə daşıya biləcəyiniz "ağıllı" kamera hazırlayıb.

Son.az xəbər verir ki, şirkət hazırladığı layihəyə daşına bilən "ağıllı" kamera ("FrontRow") adını verib. Kameranı digərlərindən fərqləndirən ilkin cəhət onun iki kameralı olmasıdır. Onlardan biri cihazın arxa tərəfində, digəri isə ön tərəfində yerləşdirilib. Kameralar sensorla təchiz edilib və ölçüləri müvafiq olaraq 8 və 5 meqapikseldir.

Cihazın ekranı 2 düymlü dairəvi maye-kristal sensorla təchiz olunub. Hər iki kameranın video çəkmə potensialı 1080p təsvir ölçüsündədir. Bundan başqa, çəkilən fayl birbaşa, rahatlıqla sosial şəbəkələrə köçürülə bilir. Bütün bunları özündə birləşdirən "ağıllı" kameranın ölçüsü isə ovucun yarısı boydadır.

"FrontRow" kamerasının rahat istifadə üçün boyundan asılması üçün nəzərdə tutulan kəməri də var. Bu kamera istifadəçilərinə müəyyən obyekt görən zaman operativ şəkildə şəkil və video çəkməyə imkan yaradır.


Xəbərə aid fotolar