Azərbaycanda manyak peyda oldu


Digərləri 11 Fev 2018 22:22:00 278 0

Azərbaycanda manyak peyda oldu

Manyakın gənc qadınlara hücum etdiyi bildirilir.

Son.az-ın minval.info-ya istinadla xəbərinə görə, bu barədə hadisə şahidləri məlumat verib.

Mingəçevir şəhərində ortaya çıxan manyakın təxminən 50 yaşında olduğu qeyd edilir. Hadisənin dünən baş verdiyi söylənilir. Şahidlərin verdiyi məlumata görə, bir nəfər naməlum şəxs gənc qadının arxasınca düşərək onu qorxudub:

"Dayanmışdıq, bir qız ağlaya-ağlaya yaxınlaşaraq 50 yaşlarında olan kişinin onun arxasınca düşdüyünü dedi. O, həmçinin həmin şəxsin qızı qorxutduğunu bildirdi. Manyakın arxasınca düşsək də, qaçaraq binaların arasında gözdən itdi".