Rusiyada təyyarə qəzasında ölənlərin ailələrinə 17 min dollar təzminat ödəniləcək


Dünya 11 Fev 2018 22:15:53 255 0

Rusiyada təyyarə qəzasında ölənlərin ailələrinə 17 min dollar təzminat ödəniləcək

Qəza zamanı bir Azərbaycan vətəndaşının da öldüyü bildirilir

Moskva vilayəti hökuməti "An-148" təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin ailələrinə 1 milyon rubl məbləğində (təqribən 17 190 dollar) təzminat ödəyəcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Moskva vilayətinin qubernatoru Andrey Vorobyev jurnalistlərə açıqlamasında bildirib.

"Biz başsağlığı vermək istəyirik. Aviaqəzada ölənlərin hər birinin ailəsinə regional büdcədən 1 milyon rubl təzminat ödəniləcək", - deyə o əlavə edib.