Ot ucuzlaşdı VİDEO


Digərləri 11 Fev 2018 22:08:00 286 0

Ot ucuzlaşdı  VİDEO

Son vaxtlar bölgələrə havaların yağıntılı keçməsi, otlaqların cücərməsi ot bazarına təsir göstərib. Rayonlarda otun qiyməti 1 manat ucuzlaşıb. Buna baxmayaraq alıcılıq qabiliyyəti də aşağıdır.

Qış fəsli olmasına baxmayaraq bölgələrdəki ot bazarlarında qiymətlər aşağa düşüb.

Son.az bildirir ki, Cəlilabada gətirlən vələmir və yonca bağlamalarında qiymətlər orta hesabla 1 manat enib. Keyfiyyətindən aslı olaraq bir müddət əvvəl 5-6 manata satılan yonca bağlaması hazırda 4-5 manatadır. Bir neçə həftə bundan öncə 3 manat 50 qəpiyə satılan vələmir bağlaması isə 2 manat 60 qəpiyə enib.

Satıcılar ot bağlamalarında qiymətlərinin düşməsini yağıntılardan sonra otlaqların cücərməsi ilə əlaqələndirir. Quru heyvan yemlərinə təlabatın azalması qiymətlərin aşağa düşməsi ilə bu sahədə qismən durğunluq da yaradıb.