Kişilər qadınlardan daha məntiqli düşünürlər


Digərləri 11 Fev 2018 21:05:00 243 0

Kişilər qadınlardan daha məntiqli düşünürlər

İllərdir qadın və kişilər arasındakı fərqlərlə bağlı mübahisələr edir, oxuyur və yazırıq. Hadisələrə verilən reaksiyalar, alınan qərarlar, həyata baxış bucağı və həyatdan gözləntilər iki tərəf üçün də tamamilə fərqli olur. Son.az ailem.az-a istinadən qadın və kişilər arasındakı mühüm fərqləri təqdim edir.

- Qadınlar xarici görünüşə kişilərdən daha çox əhəmiyyət verirlər.

- Duyğusal hallarını kişilər daha çətin izah edə bilirlər.

- Qadınlar şirin və turş şeylərə daha çox meylli olduqları halda kişilər daha çox duzlu şeylərə meyl göstərir.

- Qadınlar kişilərdən daha çox detalçı olurlar. Qabartmağı sevirlər.

- Qadın beynində serotonin hormonu daha çox istehsal olunduğundan kişilərdən daha çox kontrolludurlar.

- Qadınlarda danışma istedadı sol tərəfdən idarə olunurkən, kişilərdə beynin ön və arxa qismlərindən idarə olunur. Buna görə də qadınlar kişilərdən daha çox danışır.

- Kişilər özlərini narahat edən hər hansı bir problem barədə özləri çıxış yolu axtardıqları halda, qadınlar bu mövzuları dərhal başqası ilə paylaşmağa və danışmağa yönəlir.

- Bəzi istisnalar olmaq şərtilə kişilər qadınlardan daha gec yetişirlər.

- Kişilər münasibətlərində cinsəlliyə qadınlardan daha çox meyllidirlər.

- İstiqamət göstərərkən qadınlar hansısa əşyalardan istifadə edərək anladır, amma kişilər dərhal istiqaməti söyləyir. Yəni bu mövzuda kişilər daha bacarıqlıdır.