Cənubi Koreyada avtobus və 26 avtomobil toqquşub: 13 yaralı


Dünya 11 Fev 2018 20:08:00 271 0

Cənubi Koreyada avtobus və 26 avtomobil toqquşub: 13 yaralı

Cənubi Koreyanın Vondju şəhərinin yaxınlığında turist avtobusu və 26 minik avtomobili toqquşub.

Son.az Trend-ə istinadən bildirir ki, avtomobillərin toqquşması nəticəsində azı 13 nəfər xəsarət alıb. Hadisə yerli vaxtla saat 18:00-da baş verib.

Xəsarət alanlar xəstəxanalara yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır.