"Chelsea"nin maliyyə problemləri var?


İdman 11 Fev 2018 20:03:00 234 0

"Chelsea"nin maliyyə problemləri var?

"Chelsea" və klubun sahibi Roman Abramoviç maliyyə problemləri ilə üzləşib. Bunu "The Sunday Times" nəşri iddia edir. Goal.az xəbər verir ki, mənbə London klubunun son 6 ildə gəlir və xərclərini təhlil edərək statistik göstəriciləri digər Premyer Liqa klubları ilə müqayisə edib. Məlum olub ki, 2012-ci ildən "Arsenal"ın dövriyyə vəsaitləri 68, "Manchester United"in 71, "Liverpool"un 82, "Manchester City"nin 85, "Tottenham"in isə 100% artım göstərib. Son 6 ildə qeyd olunan klublardan daha çox İngiltərə çempionu olsa da, "zadəganlar"ın dövriyyə vəsaiti cəmi 33% artıb. Eden Hazardın transferindən sonra "Chelsea" qiyməti 40 milyon funtdan yüksək olan cəmi 2 transfer edib. Mançesterin 2 klubu 6 ildə qiyməti 40 milyondan çox olan 11 futbolçunu heyətinə qatıb. Son 4 mövsümdə London klubu futbolçu satışından 224, "Manchester United" 32, "Arsenal" 45, "Manchester City" isə 69 milyon funt qazanıb.