Rusiyada qəzaya uğramış sərnişin təyyarəsində azərbaycanlı olub


Digərləri 11 Fev 2018 19:25:00 253 0

Rusiyada qəzaya uğramış sərnişin təyyarəsində azərbaycanlı olub

Bu gün Moskva-Orsk reysini həyata keçirən "Saratov Hava Yolları"na məxsus sərnişin təyyarəsi "Domodedovo" hava limanından qalxdıqdan bir neçə dəqiqə sonra Moskva yaxınlığında qəzaya uğrayıb.

Trend-in Rusiya FHN-nin yaydığı siyahıya istinadən verdiyi məlumata görə, təyyarədə olan 65 sərnişin arasında bir azərbaycanlı da olub. Siyahıda adı qeyd olunmuş şəxs Namiq Qəhrəmanovdur. Onun hansı ölkənin vətəndaşı olduğu hələ məlum deyil.