"Milan" baş məşqçisi ilə yeni müqavilə imzalamaq istəyir


İdman 11 Fev 2018 18:54:00 351 0

"Milan" baş məşqçisi ilə yeni müqavilə imzalamaq istəyir

"Milan" rəhbərliyi baş məşqçi Cennaro Qattuzo ilə müqaviləni yeniləyə bilər. Goal.az xəbər verir ki, gənc mütəxəsisə 2020-ci ilin yayına kimi nəzərdə tutulan yüeni anlaşmanın təklif edilməsi planlaşdırılır. Rəhbərlik Qattuzonun işindən razıdır. 40 yaşlı çalışdırıcı 2017-ci ilin noyabrında "rossoneri"nin sükanı arxasına keçmişdi. Vinçezno Montellanı əvəzləyən sabiq dünya çempionu 8 oyunda "Milan"a 5 qələbə qazandırıb.