Orta təhsillə bağlı qanun layihəsinin hazırlanmasına yazdan başlanılacaq


Digərləri 11 Fev 2018 18:37:00 316 0

Orta təhsillə bağlı qanun layihəsinin hazırlanmasına yazdan başlanılacaq

"Orta ümumtəhsil məktəbləri haqqında" qanun layihəsinin hazırlanması üçün ilkin hazırlıq işlərinə yaz aylarında başlanılacaq.

Son.az bildirir ki, bunu Trend-ə Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli deyib.

Onun sözlərinə görə, "Orta ümumtəhsil məktəbləri haqqında" qanun layihəsini hazırlamaq üçün yaz aylarında işçi qrupunun yaradılması və ilkin hazırlıq işlərinə başlanılması nəzərdə tutulur.