Eto`o: "Salahın "Liverpool"da göstərdiyi oyun göz oxşayır"


İdman 11 Fev 2018 18:34:00 289 0

Eto`o: "Salahın "Liverpool"da göstərdiyi oyun göz oxşayır"

"Konyaspor"un hücumçusu Samuel Eto`o "Liverpool"un misirli forvardı Məhəmməd Salah haqqında fikirlərini bölüşüb. Goal.az xəbər verir ki, veteran futbolçu bunları deyib:

"O, dünyanın ən yaxşı futbolçularından biridir. Salahın "Liverpool"da göstərdiyi oyun göz oxşayır. Mən afrikalı futbolçuların üst səviyyədə olmasını görməyə həmişə şadam. Afrikada "ilin futbolçusu" mükafatına tam layiq idi. Ümid edirəm, bu mükafat onun üçün axarıncı olacaq.

Salah heç vaxt komanda yoldaşlarının üstünə qışqırıb nəyisə başqa cür etməyi tələb etməz. Belə insanlara hər zaman hörmət var. Onun meydanda davranışı liderə məxsus davranışdır. O, "Liverpool"un kapitanı ola bilər".