Putin təyyarə qəzası ilə bağlı tapşırıq verdi


Dünya 11 Fev 2018 17:49:00 271 0

Putin təyyarə qəzası ilə bağlı tapşırıq verdi

Rusiya prezidenti Vladimir Putin hökumətə "An-148" təyyarəsinin Moskva ətrafında qəzaya uğramasının araşdırılması ilə bağlı tapşırıq verib.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov bildirib.

V. Putin hökumətə aviaqəza ilə bağlı xüsusi komissiya yaradılmasını tapşırıb. D. Peskov deyib ki, V. Putin qəzada qohumlarını və yaxınlarını itirənlərə dərin hüznlə başsağlığı verib.