Firmino: "Klopp işləri və nailiyyətlərinə görə dünya futbolunda iz qoyacaq"


İdman 11 Fev 2018 17:13:00 300 0

Firmino: "Klopp işləri və nailiyyətlərinə görə dünya futbolunda iz qoyacaq"

"Liverpool"un braziliyalı legioneri Roberto Firmino komanda və baş məşqçi Yurqen Klopp barədə danışıb. Goal.az xəbər verir ki, 26 yaşlı futbolçu bunları qeyd edib:

"Liverpool" Avropanın ən böyük klublarından biridir. Bu klubun tarixində yer aldığıma görə şadam. Yaxın illərdə başqa komandaya gedəcəyimi düşünmürəm. Karyeramın ən yaxşı vaxtlarını keçirirəm. Klubun mənə əvvəldən inanmasına görə onlara çox şey borcluyam. Yurqen Kloppun baş məşqçi postuna təyinatı inkişaf etməyimdə önəmli amil oldu. O işə başlayandan bəri mövqeyimi dəyişib məni hücuma keçirdi. Bu, mənim üçün dönüş nöqtəsi oldu. Klopp gözəl insandır. Onu inanılmaz dərəcədə peşəkar mütəxəsis, qalib psixologiyasına malik maksimalist hesab edirəm. Yurqen İngiltərədə diqqətəlayiq işlər görür. Əminəm ki, Klopp işləri və nailiyyətlərinə görə dünya futbolunda iz qoyacaq".