Açıqsaçıq rollardan imtina edən Nigar: "Nişanlım buna görə məni..." FOTOLAR


Şou-biznes 11 Fev 2018 16:44:00 305 0

Açıqsaçıq rollardan imtina edən Nigar: "Nişanlım buna görə məni..."  FOTOLAR

Bakı Bələdiyyə Teatrı və "Bakılı oğlanlar planeti"nin aktrisası Nigar Babayeva bundan sonra açıq-saçıq filmlərə çəkilməyəcəyini deyib.

Son.az bildirir ki, yenicag.az-a açıqlama verən aktrisa hətta yüksək məbləğdə qonorar versələr də belə, bu təklifləri dəyərləndirməyəcəyini bildirib:

"Əslində, peşəkar aktrisa açıq-saçıq obrazları da canlandırmalıdır. Amma Azərbaycanda erotik filmlərə çəkilmək mümkün deyil, çünki mentalitet buna icazə vermir. Erotik rol bir yana qalsın, bir az açıq-saçıq fotolar paylaşırsan, altından min cür söyüş, təhqir yazırlar. Buna görə də məcbur qalıb, Azərbaycandan kənarda belə rollara çəkilənlər olur".


Xəbərə aid fotolar