Azərbaycan nümayəndə heyəti Olimpiya kəndinə gedib


İdman 11 Fev 2018 16:50:00 278 0

Azərbaycan nümayəndə heyəti Olimpiya kəndinə gedib

Azərbaycan nümayəndə heyəti Pxençxan Olimpiya kəndinə səfər edib. Goal.az xəbər verir ki, nümayəndə heyətinin tərkibində Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibin müavini Azər Əliyev, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasının prezidenti Rauf Xəlilov olub.

Səfər zamanı Azərbaycan nümayəndə heyəti üçün ayrılan mənzil qərargahda keçirilən görüşdə nümayəndə heyətinin şef-de-missionu Anar Bağırov oyunların gündəlik proqramı haqqında rəsmiləri bilgiləndirib. O, həmçinin oyunlarda ölkəmizi slalom yarışlarında təmsil edən idmançımızın hazırlığı və nümayəndə heyətinə yaradılan şərait barədə məlumat verib.