"İsrailin cəzasız zərbələrinin zamanı bitdi"


Dünya 11 Fev 2018 16:29:00 257 0

"İsrailin cəzasız zərbələrinin zamanı bitdi"

Cəzasız zərbələr zamanı keçdi və Suriya xalqı hər hansı bir təcavüz xarakterli hərəkətə cavab vermək iqtidarında olduğunu isbat etdi.

Son.az report.az-a istinadən bildirir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani İsrail sərhədindəki hadisə ilə əlaqədar vəziyyəti şərh edərkən deyib.

"Suriya milləti bu dəfə sübut etdi ki, o, təcavüz xarakterli istənilən hücuma cavab verəcək, çünki cəzasız zərbələrin zamanı sona çatdı", - deyə "Tasnim" agentliyi onun sözlərini sitat gətirib.