İran yeni ballistik raket nümayiş etdirib


Dünya 11 Fev 2018 15:44:00 287 0

İran yeni ballistik raket nümayiş etdirib

Bu gün İran yeni "Qədr" ballistik raketini nümayiş etdirib.

Son.az APA-ya istinadən xəbər verir ki, 2 min km uçuş məsafəsi olan raket bu gün Tehranda İslam İnqilabının 39-cu ildönümü ilə bağlı keçirilən təntənəli mərasimdə nümayiş etdirilib.

Raket hərəkətdə olan buraxılış qurğusundan və buraxılış şaxtasından atıla bilər. "Qədr" ballistik raketi radardan gizlənməyə imkan verən sistemlə təchiz olunub.