"Real" Kurtua və De Xea arasında seçim etməlidir


İdman 11 Fev 2018 15:06:00 286 0

"Real" Kurtua və De Xea arasında seçim etməlidir

"Real" 2018-ci ilin yayında qapıçı transfer etmək fikrində qətidir. Goal.az xəbər verir ki, Madrid klubu əsasən David de Xea (Manchester United) və Tibo Kurtua (Chelsea) arasında seçim etməlidir. "The İndependent" Kurtuanın transferini daha real hesab edir. Belçikalı qapıçı daha öncə 3 mövsüm "Atletico"nun şərəfini qorumuşdu. 25 yaşlı qolkiper daha öncə Madridə qayıtmaq ehtimalını istisna etməmişdi. Güman olunur ki, Kurtuanın transferi "Real"a ümumilikdə 100 milyon funta başa gələ bilər. "Kral klubu"nun prezidenti Florentino Peres transferin reallaşması üçün qarşı tərəfə bir neçə futbolçunu də göndərməyi təklif etməyə hazırdır.