Salyan sakinindən tiryək aşkar edilərək götürülüb - FOTO


Sosial 11 Fev 2018 14:12:33 307 0

Salyan sakinindən tiryək aşkar edilərək götürülüb - FOTO

Onun üzərində 12, evində isə 30 qram tiryək olub

Salyan sakinindən tiryək aşkar edilərək götürülüb.

“Report”un Aran bürosu xəbər verir ki, Salyan rayon Polis şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan şəhər H.Z.Tağıyev küçəsi, ev 61-də yaşayan Əliyev Natiq Həmdulla oğlu yaxalanaraq şöbəyə gətirilib.

Onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sağ yan cibindən 5 ədəd salafan bükümdə, ümumi çəkisi 12,974 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Bundan sonra onun evinə axtarış keçirilən zamanı ikinci mərtəbədə yerləşən otaqdan 1ədəd salafan bükümdə ümumi çəkisi 30,535 qram olan tiryək aşkar edilib.

Faktla bağlı Salyan rayon Polis şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.