Makelele: "Zidana göstərilən münasibət ədalətsizdir"


İdman 11 Fev 2018 14:30:00 304 0

Makelele: "Zidana göstərilən münasibət ədalətsizdir"

Fransa millisinin sabiq futbolçusu Klod Makelele "Real"ın baş məşqçisi Zinəddin Zidan barədə danışıb. Goal.az xəbər verir ki, hazırda "Eupren" klubunu çalışdıran 44 yaşlı mütəxəsis bunları qeyd edib:

"Zidana göstərilən münasibət ədalətsizdir. Futbolda uğurlar çox tez unudulur. Onun vəziyyəti düzəkdəcəyini bilirəm. Bəzən bir-birimizi sadəcə ruhlandırmaq üçün zəngləşirik. Yaxşı futbolçu olduğu kimi istedadlı mütəxəsisdir. Zidan meydanda saxladığı dəyərlərə indi də malikdir. O, lider və zəhmətkeşdir. Zidan heç vaxt gizlənmir və məsuliyyəti üzərinə götürür. Heç də hər kəs onun kimi futbolçuların inkişafına kömək edə bilmir. Məhz buna görə Zizu böyük məşqçidir. Onun son 2-3 ildə "Real"da etdiklərinə dünyada heç bir məşqçi nail olmamışdı".