Salyan sakinindən tiryək aşkar edilərək götürülüb


Digərləri 11 Fev 2018 14:18:00 271 0

Salyan sakinindən tiryək aşkar edilərək götürülüb

Salyan sakinindən tiryək aşkar edilərək götürülüb.

Son.az report.az-a istinadən bildirir ki, Salyan rayon Polis şöbəsinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Salyan şəhər H.Z.Tağıyev küçəsi, ev 61-də yaşayan Əliyev Natiq Həmdulla oğlu yaxalanaraq şöbəyə gətirilib.

Onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan gödəkçənin sağ yan cibindən 5 ədəd salafan bükümdə, ümumi çəkisi 12,974 qram narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Bundan sonra onun evinə axtarış keçirilən zamanı ikinci mərtəbədə yerləşən otaqdan 1ədəd salafan bükümdə ümumi çəkisi 30,535 qram olan tiryək aşkar edilib.