Ukraynada beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı tutuldu


Digərləri 11 Fev 2018 13:24:00 270 0

Ukraynada beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı tutuldu

Ukraynanın Dnepropetrovsk vilayətində ölkəsində dələduzluqda ittiham olunan və beynəlxalq axtarışa verilən azərbaycanlı tutulub.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) mətbuat xidməti məlumat yayıb.

"Ukraynanın Təhlükəsizlik Xidmətinin əməkdaşları Dnepropetrovsk vilayətinin Kamenskoye şəhərində İnterpol xətti ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşını saxlayıblar", - deyə məlumatda bildirilir.

UTX-nin məlumatına görə, saxlanılan şəxs Azərbaycanda Cinayət Məcəlləsinin "Əhəmiyyətli və xüsusilə böyük ziyana səbəb olan fırıldaqçılıq" maddəsi ilə cinayət törətməkdə ittiham olunur.