Bakı təcridxanasından Hindistan baş nazirinə videomüraciət:


Digərləri 11 Fev 2018 13:00:00 299 0

Bakı təcridxanasından Hindistan baş nazirinə videomüraciət:

İş adı altında aldadılaraq Bakıya gətirilən və Azərbaycanın miqrasiya qanunlarını pozduqları üçün təcridxanaya salınan 160 Hindistan vətəndaşından biri, Qərbi Benqal ştatından olan Abdul Hüseyn sosial şəbəkələr üzərindən videomüraciət göndərərək Hindistan baş naziri Narendra Modidən kömək istəyib.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə Kəlküttədə mənzillənmiş "Bangla Sanskriti Mancha" adlı qeyri-hökumət təşkilatının rəhbəri Samirul İslam bildirib.

Abdul Hüseynin valideyinləri ondan 15-20 gündür xəbər ala bilmirdi. Nəhayət sosial şəbəkə fəalları onun harada olduğunu müəyyən ediblər. Məlum olub ki, ixtisasca inşaat mühəndisi olan Hüseyn iş adı altında aldadılaraq Azərbaycana göndərilib. O, hara getdiyi barədə valideyinlərinə xəbər verməyib. "Abdul Hüseyn tərəfindən göndərilmiş videodan məlum olur ki, o da daxil olmaqla 160 Hindistan vətəndaşı Azərbaycanda həbsdə saxlanılır. Bunlardan 45-i Qərbi Benqaldandır"-Samirul İslam deyib.

Xatırladaq ki, bu günərdə Azərbaycan Dövlət Miqrasiya Xidməti Bakının Sabunçu və Binəqədi rayonları ərazisində yanvarın 29-31-i və fevralın 1-də keçirilən reydlər zamanı 89 Hindistan vətəndaşının saxlanıldığını, onların miqrasiya qaydalarını pozduqlarını açıqlamışdı.