Türk şagird müəllimi qucağına götürüb sinifdən çıxardı


Dünya 11 Fev 2018 12:47:00 456 0

Türk şagird müəllimi qucağına götürüb sinifdən çıxardı

Türkiyədə orta məktəblərdən birində baş vermiş hadisə qalmaqala səbəb olub.

Son.az lent.az-a istinadən bildirir ki, Tekirdağ vilayətinin Çorlu qəsəbəsindəki "Ahievran" litseyində dərs vaxtı şagirdlər müəllimlə zarafat etməyə başlayıb. Şagirdlərdən biri ayağa qalxaraq müəllimin paltarını ələ salıb, Ona qarşı təhqiramiz hərəkətlər edib. Daha sonra həmin şagird müəllimi qucağına alaraq sinif otağından çıxarıb.