ABŞdan İsrailə dəstək: İran təxribata əl atır


Dünya 11 Fev 2018 12:33:00 274 0

ABŞdan İsrailə dəstək: İran təxribata əl atır

ABŞ İsrailin özünümüdafiə haqqını dəstəkləyərək, rəsmi Tehranı təxribat xarakterli fəaliyyət göstərməkdə ittiham edib.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat xidmətindən bildirilib.

"İsrail ABŞ-ın sadiq müttəfiqidir. Biz İsrailin İranın dəstəklədiyi Suriyaya və Suriyanın cənubundakı qruplaşmalara qarşı özünümüdafiə haqqını dəstəkləyirik. İran və müttəfiqlərini təxribat xarakterli fəaliyyətlərə son qoymağa və sülh yolunda çalışmağa səsləyirik", - bəyanatda bildirilib.