Azərbaycanda ağır cinayət törətmiş şəxs Gürcüstanda saxlanıldı


Digərləri 11 Fev 2018 12:21:00 285 0

Azərbaycanda ağır cinayət törətmiş şəxs Gürcüstanda saxlanıldı

Ötən gecə Gürcüstanın Kaxeti  bölgəsində Azərbaycan vətəndaşı saxlanılıb.

Son.az APA-ya istinadən xəbər verir ki, saxlanılan şəxs Mşvidobiani kəndində avtomobil qaçırıb.

DİN əməkdaşları onu "isti izlər"lə saxlayıb.  Saxlanılan şəxsin ağır cinayətə görə Azərbaycan dövləti tərəfindən axtarışa verildiyi bildirilir.