Təhsil müəssisələrinə iş üçün verilən vaxt bu gün başa çatır


Digərləri 11 Fev 2018 11:43:00 330 0

Təhsil müəssisələrinə iş üçün verilən vaxt bu gün başa çatır

Paytaxtdakı ümumi təhsil müəssisələrində gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər, uşaq birliyi təşkilatı rəhbəri və laborant vəzifələrinə işə qəbul üzrə müsabiqələrə vakansiya seçimi bu gün başa çatır.

Son.az bildirir ki, bu barədə Modern.az-a Bakı şəhəri Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, test imtahanlarında müəyyənləşdirilmiş keçib balını toplayan namizədlər 11.02.2018-ci il saat 24:00-dək vakansiya seçimi edə bilərlər.

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilmiş müsabiqələrin test imtahanı mərhələsinin nəticələri əsasında vakansiya seçimi 07.02.2018-ci il tarixdən başlayıb.

Nəticələrə əsasən, gənclərin çağırışaqədərki hazırlığı üzrə rəhbər vəzifəsi üzrə 35, uşaq birliyi təşkilatı rəhbəri vəzifəsi üzrə 62, laborant vəzifəsi üzrə 170 nəfər namizəd keçid balından yüksək nəticə göstərərək növbəti mərhələdə iştirak etmək hüququ qazanıb. İmtahanların nəticələri barədə məlumatlar artıq namizədlərin şəxsi səhifələrinə göndərilib.