Türkiyənin Afrində məhv etdiyi terrorçuların sayı 1266 nəfərə çatıb


Dünya 11 Fev 2018 11:19:51 239 0

Türkiyənin Afrində məhv etdiyi terrorçuların sayı 1266 nəfərə çatıb

Əməliyyatlar artıq 23 gündür davam edir

Türkiyənin Suriyanın Afrin şəhərində kürd terrorçulara qarşı apardığı "Zeytun budağı" əməliyyatı zamanı məhv edilən yaraqlıların sayı 1266 nəfərə çatıb.

"Report" Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə Türkiyə silahlı qüvvələri komandanlığı məlumat yayıb.

Əməliyyat artıq 23 gündür davam edir.