İndoneziyada naməlum şəxs maçete ilə kilsə ziyarətçilərinə hücum edib


Dünya 11 Fev 2018 10:53:17 336 0

İndoneziyada naməlum şəxs maçete ilə kilsə ziyarətçilərinə hücum edib

Hadisə nəticəsində 4 nəfər xəsarət alıb

Bazar günü İndoneziyanın Cokyakarta şəhərində maçete ilə silahlanmış şəxs katolik kilsəsinin ziyarətçilərinə və keşişə hücum edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Bisnis Indonesia" qəzeti məlumat yayıb.

Onun məlumatına görə, hadisə nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.