Çox arvad almaq yenə dəbə minir, bölgələrdə ikiarvadlılıq artır


Digərləri 11 Fev 2018 10:34:00 337 0

Çox arvad almaq yenə dəbə minir, bölgələrdə ikiarvadlılıq artır

Azərbaycanda gizli çoxarvadlılıq və qeyri-rəsmi nikahlardan doğulan uşaqların sayı artıb. Atalığın müəyyənləşdirilməsi və əmlak bölgüsü ilə bağlı məhkəmələrdə son illər onlarla müraciətə baxılıb.  Çoxarvadlılığn artmasını Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyev də təsdiqləyir. Əliyev mətbuata müsahibəsində deyir ki, dini təriqətlər arasında ikiarvadlılıq getdikcə artır və bu, daha çox bölgələrdə müşahidə edilir.

Rəsmi nikah bağlamayan cütlük ayrıldıqda  qadın bir və ya bir neçə uşaqla tək qalır. Dini kəbin Ailə Məcəlləsi və ya digər qanunvericilik aktlarında tənzimlənmədiyindən əmlak bölünmür, qadınlar maddi yardım ala bilmirlər. Hüquq müdafiəçiləri isə mübahisəli məqamlarda dini kəbinin tanınması təklifi ilə çıxış ediblər. Bəs problem nə qədər dərindir?

Kişi 3-4 arvad alıb ki...

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova da dini kəbinin məhkəmə tərəfindən tanınmasının tərafdarlarından biridir. Hüquq müdafiəçisinin fikrincə, dini kəbinin tanınması  tərəflər arasında məsuliyyət yarada bilər. Amma bu, ikiarvadlığın rəsmiləşdirilməsi ilə eyniləndirilməməlidir.

"Bizim sığınacağa müraciət edənlər arasında dini kəbinlə ailə quran qadınların sayı çoxdur. Məsələn, hazırda sığınacaqda qalan qadınlardan birinin həyat yoldaşı 3 dəfə evlənib, hər 3 qadından övladı var. Onlara baxmağa maddi imkanı yoxdur. Dini kəbin məsuliyyət yaratmadığndan qadın aliment ala bilmir, üstəlik yaşamağa yeri yoxdur", -Zeynalova virtualaz.org saytına seyib.

Hüquq müdafiəçidi söyləyir ki, əksər hallarda nizamsız, pozğun həyat tərzi keçirənlər qadını inandırmaq üçün dini kəbindən sığorta kimi istifadə edirlər. Qadınlar da dini kəbini olduğunu söyləməklə qeyri-rəsmi münasibətinə haqq qazandırmağa çalışırlar. Sığınacaqda olanlar arasında ikinci, hətta üçüncü arvad statusunda ailə quranlar var.

"Məsələn, biri deyir ki, həyat yoldaşı ailəsinin qorxusundan onunla rəsmi nikah bağlamayıb, 2 övladı olandan sonra isə ayrılıb, xalası qızı ilə ailə qurub. Biz indi atalığın müəyyənləşdirilməsində çətinlik çəkirik. Çünki bioloji analiz,  DNT testi olduqca bahadır, qadının bunu ödəməyə imkanı yoxdur. Atalıq təsdiqlənəndən sonra qadın ödədiyi pulu kişidən tələb edə bilər"-M.Zeynalova bildirir.

Bütün hallarda uşaq zərər çəkir