Tayvanda güclü zəlzələ 17 nəfərin ölümünə səbəb olub


Dünya 11 Fev 2018 10:16:21 280 0

Tayvanda güclü zəlzələ 17 nəfərin ölümünə səbəb olub

Dağıntılar altından daha iki nəfərin meyiti tapılıb

Tayvanda baş vermiş güclü zəlzələ ilə əlaqədar davam edən 100 saatlıq axtarışlardan sonra dağıntılar altından Çindən olan iki turistin meyiti tapılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə adanın yerli yanğın xidmətinə istinadən "Sinxua" məlumat yayıb.

Beləliklə, güclü zəlzələ nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Tayvanın Hualyan qəzasında baş vermiş 6,5 maqnituda gücündə zəlzələ nəticəsində ümumi zərərçəkmişlərin sayı 280 nəfəri ötüb.