Futzal üzrə Avropa çempionatı başa çatıb


İdman 11 Fev 2018 09:44:00 328 0

Futzal üzrə Avropa çempionatı başa çatıb

Sloveniyada futzal üzrə 2018-ci il Avropa çempionatına yekun vurulub. Turnirin finalında İspaniya və Portuqaliya milli komandaları qarşılaşıb. Goal.az xəbər verir ki,  Jorje Brazın baş məşqçi olduğu kollektiv finalda 7 qat Avropa çempionu ispanları 3:2 məğlub edib. 

Qarşılaşmanın əsas vaxtı 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. İlk dəqiqənin tamamında çempionatın bombardiri Rikardinyo hesabı açsa da, 19-cu dəqiqədə Mark Tolra bərabərlik qolunu vurub. İkinci hissədə də tərəflər hərəyə bir qol vurublar. 32-ci dəqiqədə Linin qoluna Portuqaliya millisi 39-cu dəqiqədə Bruno Koelyonun dəqiq zərbəsi ilə cavab verib. Qaydalara əsasən, bu halda əlavə vaxt təyin olunub. 5 dəqiqədən ibarət iki hissə zamanı Portuqaliya millisi zədə üzündən çempionatın bombardiri Rikardinyonun xidmətindən məhrum olub. Lakin sona 1 dəqiqə qalmış İspaniya cərimə zərbəsi ilə cəzalanıb. Portuqaliya yığmasından Bruno Koelyo bu fürsətdən yararlanaraq, Avropa çempionu adına layiq görülüb. Rikardinyo isə çempionatın ən yaxşı futzalçısı seçilib.

Bürünc medalı isə 3-cü yer uğrunda görüşdə Qazaxıstana 1:0 hesabı ilə qalib gələn Rusiya qazanıb.