Hindistanda üç terrorçu məhv edilib


Dünya 11 Fev 2018 08:02:00 194 0

Hindistanda üç terrorçu məhv edilib

Hindistan ordusu "Caişi-Məhəmməd" terror qruplaşmasının üç yaraqlısını məhv edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Hindistan ordusunun yaydığı məlumatda deyilir.

Terrorçuların Cammu və Kəşmir ştatındaki hərbçilərin və onların ailə üzvlərinin yaşadığı düşərgəyə hücum etdiyi bildirilir.

Hücum zamanı avtomatlardan və qumbaralardan istifadə edilib. Hücumnan sonra terrorçular hadisə yerindən uzaqlaşıb.