ABŞda atışma: 2 polis öldürüldü


Dünya 11 Fev 2018 07:28:00 243 0

ABŞda atışma: 2 polis öldürüldü

ABŞ-ın Ohayo ştatında atışma nəticəsində iki polis əməkdaşı öldürülüb.

Son.az Trend-ə istinadən bildirir ki, insident Uestervill şəhərində baş verib.

Yerli KİV-lərin verdiyi xəbərə görə, polislər hadisə yerinə Çağrı Mərkəzinə daxil olan siqnal əsasında gəliblər. Burada hüquq mühafizəçiləri və şübhəli şəxs arasında atışma baş verib.